"Real Madrid" fransalı müdafiəçisi Ferlan Mendi ilə müqavilə yeniləyib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Onun "Kral klubu" ilə əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi.
Qeyd edək ki, Mendi son mövsümdə "Real" forması ilə 37 matça çıxaraq 1 qol müəllifi olub.
Nihat