Kanadanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Beverli Priston qovulub.
Fanat.Az Kanada Olimpiya Komitəsinə istinadən xəbər verir ki, 38 yaşlı Priston Paris-2024-də Yeni Zelandiyaya qarşı keçirəcəkləri oyundan öncə rəqib komandanın məşqini izləmək üçün dronlardan istifadə etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Yay Olimpiya Oyunlarında sözügedən yığmanı matçlara Endi Spens çıxaracaq.
Qeyd edək ki, dünən A qrupunda keçirilən oyunda Kanada Yeni Zelandiyanı 2:1 hesabı ilə üstələyib.