"Atletiko Madrid"in ötən mövsümü icarə əsasında "Barselona"da keçirən cinah hücumçusu Joau Feliks paytaxt klubu ilə məşq etməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, nə Feliks "Atletiko"da qalmaq istəyir, nə də klub onu saxlamaqda maraqlıdır.
Qeyd edək ki, geridə qalan mövsümdə "Barselona" forması ilə bütün turnirlərdə 54 matça çıxan portuqaliyalı futbolçu 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Atletiko" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı Feliksin transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat