"Barselona"nın hücumçusu Vitor Roke karyerasını Səudiyyə ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, onun xidmətində "Əl-Hilal" maraqlıdır. Mənbə sözügedən klubun nümayəndələrinin Rokeni almaq üçün Kataloniya təmsilçisinin rəhbərliyi ilə əlaqə saxladıqlarını vurğulayıb. "Barsa"nın onu satmağa hazır olduğu, yekun qərarı 19 yaşlı braziliyalının özünün verəcəyi bildirilib.
Qeyd edək ki, Roke "Barselona"ya bu ilin yanvarında, 40 milyon avro qarşılığında "Atletiko Paranaense"dən transfer olunub. Son mövsümdə bütün turnirlərdə 16 matça çıxan gənc futbolçu 2 qolla yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat