Londonun "Çelsi" klubu İspaniya "Vilyarreal"ın danimarkalı qapıçısə Filip Yorgensenin transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, 22 yaşlı qolkiperin transferi "Çelsi"yə 22,6 milyon avroya başa gəlib. Yorgensenlə uzunmüddətli müqavilə imzalanacağı iddia edilir.
Ötən mövsüm qapıçı bütün yarışlarda 37 oyun keçirib, 64 qol buraxıb və altı dəfə qapısını toxunulmaz saxlaya bilib.
Bundan əlavə, Filip Yorgensen La Liqanın son mövsümündə ən çox seyv edən (143) qapıçı ünvanına sahib olub.
“Transfermarkt” Yorgensenin dəyərini 20 milyon avro qiymətləndirir.
Qeyd edək ki, "Vilyarreal" ötən ay danimarkalı qolkiperlə müqavilənin müddətini 2029-cu ilə qədər uzatmışdı.
Mirağa