Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu “Radomyak” Polşa çempionatında 2-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda doğma meydanda son çempion “Yagelloniya” ilə üz-üzə gəlib.
Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Məmmədov bir neçə gün əvvəl “Radomyak”la 2 illik müqavilə imzalayıb.