Dortmund "Borussiya"sı heyətinə yeni oyunçu cəlb etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "Mançester Siti"nin futbolçusu Yann Kouto tezliklə Almaniya klubunun sıralarına qoşulacaq. Dortmund klubunun rəsmiləri müqaviləni 30 milyon avrodan aşağı qiymətə reallaşdıra biləcəklərinə inanırlar.
Hər şey qaydasında getsə, braziliyalı futbolçu həkim müayinəsindən keçmək üçün tezliklə Dortmunda uçacaq. Belədə, o, Pep Qvardiolanın komandasında debüt etmədən "Mançester Siti"dən ayrılacaq.
Kouto "Kortiba"nın yetirməsidir və ingilis klubu onu 2020-ci ildə 6 milyon avroya alıb. Sonrakı illərdə müdafiəçi “Braqa”ya, daha sonra “Jirona”ya icarəyə verilib. O, La Liqada 59 oyun keçirib, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.
Mirağa