Qapıçı Keylor Navas karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, "Montsa" Navasla danışıqlara başlayıb. A Seriyası klubu 37 yaşlı kosta-rikalı futbolçunu azad agent kimi transfer edə bilər.
Keylor Navas əsasən "Real Madrid" və PSJ-dəki çıxışları ilə tanınır. O, bu yay Paris nəhəngi ilə müqaviləsi başa çatdıqdan sonra klubsuz qalıb.
Qeyd edək ki, "Montsa" son İtaliya çempionatında turnir cədvəlini 12-ci pillədə başa vurub.
Mirağa