İyulun 30-dan 31-nə keçən gecə Avropanın iki top klubu arasında yoldaşlıq oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Barselona" "Mançester Siti" ilə qarşılaşıb.
Matçın əsas vaxtı 2:2 hesabı ilə məhsuldar heç-heçə ilə yekunlaşıb. Hesabda iki dəfə önə keçən kataloniyalıların qollarını Viktor Pau və Pablo Torre vurub. İngilislərin heyətində isə Niko Orayli və Cek Qriliş fərqləniblər.
Qalibi müəyyənləşdirmək üçün penalti seriyası yerinə yetirilib. “Lotoreya”da "Barselona"lılar daha dəqiq olub - 4:1.