Danimarkalı qapıçı Filip Yorgensen karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 22 yaşlı qolkiper "Çelsi"yə keçib.
Bu barədə "zadəganlar"ın mətbuat xidməti məlumat yayıb. Qapıçı ilə ingilis klubu arasındakı müqavilə 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Transferin məbləği açıqlanmayıb, lakin tanınmış insayder Fabritsio Romano bu keçidin "Çelsi"yə 24,5 milyon avroya başa gəldiyini bildirib.
Yorgensen bundan əvvəl İspaniyanın “Vilyarreal” klubunun rənglərini qoruyub. Ümumilikdə, qolkiper "sarı sualtı qayıq"da 44 matçda iştirak edib, onların yeddisində qapısını toxunulmaz saxlayıb.