Azərbaycan millisinin üzvü Ozan Can Kökçü karyerasını Finlandiyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Niderland təmsilçisi "Eyndhoven”dən ayrılan 25 yaşlı yarımmüdafiəçi HİK-ə keçib.
O, Helsinki klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ozan Can Kökçü 2022-ci ildən "Eyndhoven”in formasını geyinib. O, 2019-2021-ci illərdə Azərbaycan klubu "Sabah"da da çıxış edib və Premyer Liqada meydana çıxdığı 27 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" Kökçünün hazırki dəyərini 550 min avro qiymətləndirir.