"Bayern Münhen" klubu mövsümöncəsi hazırlıq çərçivəsində Cənubi Koreyaya səfər edib.
Fanat.Az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, komanda 11 oyunçusunu səfərə aparmayıb. Matteys de Liqt, Dayo Upamekano, Alfonso Devis, Kinqsli Koman və Harri Keyn istirahətini davam etdirirlər və buna görə də heyətdə deyillər.
Ariyon İbrahimoviç, Hiroki İto, Daniel Peres, Leroy Sane və Tarek Baxmann zədə səbəbindən "Bayern"in yay turunda iştirak etmir. Maykl Olise isə yeni gəldiyi üçün komandaya qoşulmayıb.
Mirağa