Almaniya millisinin və Dortmund "Borussiya"sının mərkəz hücumçusu Niklas Füllkruq gələcək karyerası ilə bağlı Bundestimin baş məşqçisi Julian Nagelsmannla məsləhətləşib.
Fanat.Az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
Mənbənin məlumatına görə, mütəxəssis millidə rəhbərliyi altında çıxış edən forvarda İngiltərə Premyer Liqasına keçməyi məsləhət görüb.
Qeyd edək ki, hazırda Londonun “Vest Hem” komandası Füllkruqla maraqlanır və ona təklif göndərib.
Niklasın "Borussiya" ilə 2026-cı ilin ortalarına qədər müqaviləsi var. Onun transfer qiyməti 15 milyon avro qiymətləndirilir.
Füllkruq ötən mövsüm Dortmund təmsilçisinin heyətində 46 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.
Mirağa