"Vilyarreal"ın hücumçusu Aleksandr Serlot "Atletiko Madrid"ə keçməyə razılaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşqri məlumat yayıb.
Mənbənin məlumatına görə, indi hər şey klublardan asılıdır.
Futbolçunun təzminat məbləği 38 milyon avrodur. "Sarı sualtı qayıq" bu məbləği azaltmayacaq, lakin hissə-hissə ödənişi nəzərdən keçirməyə hazırdır.
Norveçli futbolçu son mövsümdə "Villarreal"ın bombardiri olub. 28 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa