"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips karyerasını İstanbul nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Xəbərə görə, onun xidmətində "Qalatasaray" maraqlıdır. Mənbə "Mançester Yunayted"ə yarımmüdafiəçisi Skott Maktomineyin transferi üçün müraciət edən və rədd cavabı alan "aslanlar"ın Fillipsin keçidini reallaşdırmağa çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, Fillips "Lids Yunayted"in yetirməsidir. O, "Mançester Siti"yə 2022-ci ilin yayında, 48,7 milyon avroya transfer olunub. "Şəhərlilər'lə 6 illik müqavilə bağlayan Kalvin bu ilin yanvarında "Vest Hem"ə icarəyə verilib.
Nihat