"Bayern Münhen" və "Tottenhem" sınaq matçında üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, Cənubi Koreyada keçirilən qarşılaşma Almaniya nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı Bundesliqa təmsilçisi açıb. 4-cü dəqiqədə Qabriel Vidoviç adını tabloya yazdırıb. 56-cı dəqiqədə Leon Qoretska komandasının ikinci qolunu vurub.
Hotspur klubundan isə 65-ci dəqiqədə Pedro Porro fərqlənib.
Tərəflər 1 həftə sonra daha bir yoxlama görüşü keçirəcəklər.