"Mançester Siti"nin müdafiəçisi Yan Koutu karyerasını Dortmund "Borussiya"sında davam etdirəcək.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı 2024/2025 mövsümündə icarə əsasında Almaniya təmsilçisində oynayacaq.
"Borussiya" gələn ilin yayında onun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Koutu ötən mövsümü icarə əsasında "Jirona"da keçirib. O, İspaniya klubunun heyətində 38 matça çıxaraq 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.