Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda "Beşiktaş" və "Qalatasaray" arasında keçirilən oyunu Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
"Qalatasaray"ın qapısından 5 cavabsız top keçirən "ağ-qaralar" parlaq qələbə qazanıblar.
Türkiyə Superkuboku
"Qalatasaray" - "Beşiktaş" 0:5
Qollar: İmmobile, 1; 81. Svensson, 53. Silva, 90+1. Hekimoğlu, 90+2.
Qırmızı vərəqə: Nelsson, 87 ("Qalatasaray")
Beləliklə, “Beşiktaş” 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb və “Trabzonspor”a çatıb. “Qalatasaray” 17 kubokla turnirin rekordçusudur.