“Yuventus”un baş məşqçisi Tiaqo Motta italyan oyunçusu Federiko Kyezanın “Qoca sinyora”nın planlarının bir hissəsi olmadığını təsdiqləyib.
Fanat.Az "Sport.sky"-a istinadən xəbər verir ki, çalışdırıcı Kyezanın bu yay "Yuventus"u tərk etməli olduğunu deyib.
Futbolçunun İngiltərə nəhənglərindən birinə keçəcəyi gözlənilir. Onunla "Mançester Yunayted" və "Arsenal" klublarının maraqlandığı bildirilir .
Federiko 2020-ci ildən "Yuventus"da çıxış edir. O, "Fiorentina"dan Turin klubuna keçib.
Mirağa