"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kantenin Kataloniya klubuna transferini bəyənməyib.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı komandanın gənc futbolçularına güvənmək istədiyi üçün 33 yaşlı ulduzdan imtina edib.
Bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin məlumatına görə, idman direktoru Dekonun fransalı futbolçunu almaq istəyinə baxmayaraq, Flik onun keçidini əngəlləyib.
Yarımmüdafiəçi ötən mövsüm bütün yarışlarda 44 matçda iştirak edib, bu oyunlarda 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun hazırki bazar dəyəri 9 milyon avrodur.
Mirağa