Milan "İnter"inin hücumçusu Mehdi Taremi hansı peşəni sevdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun sözlərini belə çatdırıb:
"Futbolçu olmasaydım, polis olardım. Bəlkə də detektiv".
Xatırladaq ki, İran millisinin forvardı bu yay "Portu"nu "İnter"ə dəyişib. 31 yaşlı futbolçunun "qara-göylər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat