"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ötən mövsüm icarə əsasında rəhbərliyi altında çıxış edən qapıçı Kepa Arissabalaqanın "Çelsi"dən transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini jurnalist Ben Ceykobs şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Biz onu sevirik. Sevirik, amma bu mövqeyə transfer məsələsi bağlanıb. Kepa ötən mövsüm çox yaxşı çıxış etdi. Onun bizim komandamızda oynamasına şad idik".
Xatırladaq ki, "Real" forması ilə bütün turnirlərdə 20 oyuna çıxan Arissabalaqa 9 matçda qapısını toxunulmaz saxlayıb.
Nihat