"Qalatasaray" klubu müdafiəçisisi Derrik Köhnə rəsmi təklif göndərən Moskva "Spartak"ına mövqeyini çatdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Transfer Web” məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında aktiv danışıqlar gedir. "Qırmızı-ağlar" 25 yaşlı alman futbolçuya görə bir neçə gün əvvəl “Qalatasaray”a 8 milyon avroluq təklif göndəribb. Türkiyə klubu isə Köhnə görə Rusiya təmsilçisindən 10 milyon avro tələb edir.
Derrik Köhn keçən mövsüm bütün yarışlarda 36 matçda iştirak edib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. "Transfermarkt" müdafiəçinin dəyərini 6 milyon avro qiymətləndirir.
Mirağa