"Bayer"in baş məşqçisi Xabi Alonso komandasının 2024/25 mövsümündə çempionluq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, “Kicker” nəşri ispan mütəxəssisin dediklərini belə təqdim edib:
“Məncə, may ayında baş verəcəklər barədə indi danışmağın mənası yoxdur. Biz indi avqustda nə olacağından danışa bilərik. Nə qədər yaxşı başlasaq, bir o qədər yaxşı bitirə bilərik.
Biz bünövrəni qoymuşuq, amma yəqin ki, kifayət etməyəcək. Nəsə əlavə etməliyik, təzələmək lazımdır. Ötən mövsümün səviyyəsi yəqin ki, kifayət etməyəcək. Biz inkişaf etməli və daha yaxşı olmalıyıq”.
Leverkuzen ötən mövsüm Bundesliqanı qazanaraq, "Bayern"in ardıcıl 11 mövsümlük qalibiyyət seriyasına son qoyub.
Xatırladaq ki, Almaniya Bundesliqasının yeni mövsümü avqustun 23-də "Borussiya Mönhenqladbax" - "Bayer Leverkuzen" matçı ilə başlayacaq.
Mirağa