Rumıniyalı mütəxəssis Mirça Luçeskunun yeni iş yeri açıqlanıb.
Fanat.Az Rumıniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 79 yaşlı çalışdırıcı ölkəsinin millisinə baş məşqçi təyin edilib.
Onunla müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Luçeskunun son iş yeri Kiyev "Dinamo"su olub. O, 1981-1986-cı illər aralığında da Rumıniya seçməsinə rəhbərlik edib.
Nihat