"İnter"in futbolçusu Lüsyen Aqume karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Kamerunda doğulan fransalı yarımmüdafiəçi "Sevilya" ilə 4 illik müqavilə bağlayıb.
Məlumatı Əndəlüs təmsilçisinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Aqume ötən mövsümün ikinci yarısını icarə əsasında "Sevilya"da keçirib. 22 yaşlı oyunçu 13 matçda meydana çıxaraq 4 qola imza atıb.
Nihat