"Barselona" ilə "Milan" arasında beynəlxalq yoldaşlıq oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, ABŞ-də üz-üzə gələn tərəflərin duelində əsas vaxtda qalib müəyyənləşməyib.
“Rossonerlər” matça 10-cu dəqiqədə “Real”ın sabiq hücumçusu Luka Yoviçin vurduğu qolla başlayıb. 15-ci dəqiqədə isə Kristian Pulişiç komandasının üstünlüyünü daha da artırıb. Ancaq fasiləyə qədər Robert Levandovski fərqi azaldıb - 2:1. Fasilədən sonra 35 yaşlı polşalı dubla imza atıb. Beləliklə, 90 dəqiqənin sonunda qalib müəyyənləşməyib – 2:2.
Penaltilər seriyasında isə milanlılar 4:3 hesabı ilə qalib gəlib.
“Barselona” növbəti oyununu avqustun 12-də “Monako”ya qarşı keçirəcək. Bu, avqustun 17-nə planlaşdırılan "Valensiya" ilə La Liqanın ilk tur matçından əvvəl mövsümöncəsi sonuncu oyundur. “Milan” isə avqustun 13-də “Montsa” ilə yoxlama oyunu keçirəcək, dörd gün sonra isə “Torino” ilə ev oyunu ilə A Seriyasına start verəcək.
Mirağa