"Barselona"nın U-19 komandasının köməkçi məşqçisi Xavyer Saviola xoşagəlməz hadisə ilə üzləşib.
Fanat.Az "Marca"-ya istinadən xəbər verir ki, veteran futbolçu Andorrada gecəni həbsxana kamerasında keçirməyə məcbur olub.
Xəbərə görə, "Barselona"nın sabiq forvardı özəl məclisdən qayıdarkən Andorra polisi ona yolda dayanmağı əmr edib. Səlahiyyətlilərə müqavimət göstərməyən Saviola adi alkotester testindən keçib. Nəticə göstərib ki, qanda spirtin icazə verilən minimumu iki dəfədən çox keçib.
Saviolanı bir il müddətinə sürücülük hüququnu itirmək cəzası gözləyir. Həmçinin “Barselona”nın məşqçisi ağır cərimə ödəməli olacaq.
Mirağa