ABŞ-də daha yoldaşlıq oyunu keçirən "Real Madrid" "Çelsi" ilə üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngni ingilisləri 2:1 hesabı ilə məğlub edib.
"Kral klubu"ndan Lukas Vaskes və Brahim Dias, London təmsilçisindən isə Çukvunonso Madueke fərqlənib.
Xatırladaq ki, Madrid klubunun yeni futbolçusu Kilian Mbappe Amerika turuna komandası ilə birlikdə uçmayıb.
Karlo Ançelottinin komandası mövsümün ilk oyununu avqustun 14-də - UEFA Superkuboku oyununda "Atalanta"ya qarşı keçirəcək. “Çelsi” isə hələ avqustun 11-də “İnter”lə daha bir yoldaşlıq oyunu keçirəcək.