İsveçrə millisinin futbolçusu, son 4 mövsümü İtaliyanın "Torino" klubunda keçirən Rikardo Rodriges karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi "Betis"ə keçib.
Məlumatı Sevilya təmsilçisinin rəsmi saytı yayıb.
Yeni klubuna azad agent qismində qoşulan Rodriges müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, İsveçrə yığmasında 2011-ci ilin oktyabrında debüt edən arxa xətt oyunçusu millidə 120 matça çıxaraq 9 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Nihat