"Fənərbağça"nın və Türkiyə millisinin müdafiəçisi Ferdi Kadıoğlu karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabunçuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, "Brayton" klubu İstanbul nəhənginə təklif göndərib. "Qağayılar" türk müdafiəçi üçün "Fənərbağça"ya bonuslar da daxil olmaqla, 35 milyon avro təklif edib.
Kadıoğlu ilə “Mançester Yunayted” və “Bayern Münhen” kimi Avropa nəhənglərinin maraqlandığı bildirilsə də, real təklifi məhz "Brayton" göndərib. "Fənərbağça" ingilislərin təklifini götür-qoy edəcək.
24 yaşlı sol cinah müdafiəçisi son Türkiyə çempionatında 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa