“Mançester Yunayted”in və İspaniya millisinin sabiq qapıçısı David de Xeanın yeni iş yeri müəyyənləşib.
Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, qolkiper İtaliya təmsilçisi “Fiorentina”ya keçəcək.
“Mançester Yunayted”dən ayrılandan bəri işsiz olan qolkiper yaxın günlərdə "bənövşəyilər"lə 1+1 illik müqavilə bağlayacaq.
Xatırladaq ki, 33 yaşlı de Xea İspaniya millisində 45 oyuna çıxıb. O, MY-nin heyətində 2012/2013 mövsümündə İngiltərə çempionu olub.
Nihat