Fransanın PSJ klubu heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı Fransa nəhənginin mətbuat xidməti yayıb.
Parislilər Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan 22 yaşlı Vilyan Paçonun transfer ediblər.
O, yeni komandasında 51 nömrəli forma ilə çıxış edəcək.
Ekvadorlu müdafiəçi ilə müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.