"Real Madrid" məşqçilər korpusunun planlarına daxil olmayan futbolçudan qurtulub.
Fanat.Az xəbər verir ki, "Kral klubu" Lukas Kanizaresin gedişini öz rəsmi saytı vasitəsilə elan edib.
Qapıçı karyerasını Portuqaliyanın "Firenze" klubunda davam etdirəcək.
Lukas Madriddən azad agent kimi ayrılıb. Kanizares 2014-cü ildə 12 yaşında olarkən "Real Madrid"ə keçib. O, bu müddətdə “Kastilya”da çıxış edib və əsas komandada debüt etməyib.
Raul Qonzalesin əsas heyət üzvü gözüylə baxsığı Lukas Kanizares ötən mövsüm komandasının heyətində 29 matçda meydana çıxıb.
Mirağa