Polşa çempionatında növbəti - 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi "Radomyak" da növbəti matçına çıxıb.
Sözügedən komanda "Qornik"lə ev oyununda 1:2 uduzub. Baxmayaraq ki, hesabı məhz Rahilin komandası açıb.
Rahil də bu oyunda iştirak edib. O, 79-cu dəqiqədə - hesab 1:1 olarkən meydana çıxıb.
Qeyd edək ki, "Radomyak" hazırda 3 xalla turnir cədvəlində 12-ci sıradadır