Türkiyə 1-ci liqası start götürüb.
Fanat.Az xəbər verir ki, açılış turunda azərbaycanlı futbolçuların komandaları da ilk matçlarını keçiriblər.
Renat Dadaşovun yeni klubu “Ankaragücü” doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib. Millimizin hücumçusu 67-ci dəqiqədə əvəzetmədən meydana çıxıb və 10 dəqiqə sonra komandasının ikinci qolunun müəllifi olub.
Millimizin daha bir üzvü Coşqun Diniyev isə “Bandırmaspor”da debüt edib. Yayda "Ümraniyespor"u sözügedən komandaya dəyişən yarımmüdafiəçi "Ərzurumspor"ıa oyunun 69-cu dəqiqəsində, komandası 1:2 uduzarkən meydana buraxılıb. Komandası yekunda 3:2 hesablı qələbəyə sevinib.
Daha bir azərbaycanlı futbolçu – Vüsal İsgəndərli də “Boluspor”un evdə “İğdır”a 0:1 hesabıyla uduzduğu oyunun iştirakçısı olub. Vüsal 70-ci dəqiqədən etibarən oyuna qoşulub.