"Mançester Yunayted"in futbolçusu Aaron Van-Bissaka iş yerini dəyişmək üzərdir.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, digər Premyer Liqa klubu "Vest Hem"ə satılacaq.
London təmsilçisi 26 yaşlı müdafiəçi üçün 15 milyon funt-sterlinq ödəyəcək. Aaron bu gün tibbi müayinədən keçəcək və yeni komandasına qoşulacaq.
Qeyd edək ki, 2019-cu ildən “Mançester Yunayted”in formasını geyinən Van-Bissaka geridə qalan mövsümdə 30 matça çıxaraq 3 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.