Moskva "Spartak"ının sabiq hücumçusu Keyta Balde karyerasını Türkiyə çempionatında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Ajansspor" yayıb.
Xəbərə görə, seneqallı futbolçu bu gün "Sivasspor"la müqavilə bağlayacaq.
Xatırladaq ki, ötən mövsüm "Espanyol"da icarədə olan Baldyenin "Spartak"la müqaviləsinə bu yay qarşılıqlı razılıq əsasında xitam verilib.
Nihat