Dortmund "Borussiya"sının "Hoffenhaym"dan transfer etdiyi hücumçu Maksimilian Bayer fikirlərini "arılar"ın mətbuat xidmətinə bölüşüb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı oyunçu belə danışıb:
"Karyeramdakı növbəti böyük addımı səbirsizliklə gözləyirəm. "Borussiya" ilə danışıqlar zamanı onların məni transfer etmək istədiklərini necə çox istədiklərini ilk dəqiqələrdən hiss etdim. Bu, məndə dərhal xoş duyğular yaratdı. Fəxr dirəm ki, indi Avropanın ən güclü komandalarından birində oynaya biləcəm. Azarkeşləri sevindirməyə, uğur qazanmağa köklənmişəm. Klubla mənim hədəflərim üst-üstə düşür: biz titullar qazanmaq istəyirik. Bu yolda bütün gücümü qoymağa hazıram".
Qeyd edək ki, Bayer ötən mövsüm "Hoffenhaym" forması ilə Bundesliqada 33 matça çıxaraq 16 qol vurub.
Nihat