Fransanın PSJ klubu "Mançester Yunayted"in 24 yaşlı oyunçusu Ceydon Sançoya şifahi təklif göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Santi Una yayıb.
Xəbərə görə, Paris təmsilçisinin Ceydona illik 17 milyon maaş fonunda təklif etdiyi anlaşma futbolçunu razı salsa da, klublar öz aralarında ortaq məxrəcə gələ bilmirlər.
Daha öncə MY-nin sözügedən futbolçunu 60 milyon avroya satmağı planlaşdırdığı barədə informasiyalar dərc edilmişdi.
Xatırladaq ki, baş məşqçi Erik ten Haqla münaqişə səbəbindən ötən mövsümün ilk yarısında heyətdən uzaqlaşdırılan Sanço sezonun ikinci hissəsini icarə əsasında Dortmund "Borussiya"sında keçirib.
Nihat