Xorvatiya millisinin futbolçusu İvan Perişiç "Hayduk"la müqaviləsini ləğv edib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı yarımmüdafiəçinin baş məşqçi Cennaro Qattuzo ilə münasibətlərinin pozulmasıdır.
Perişiç qeyri-müəyyən müddətə kollektiv məşqlərdən kənarlaşdırılıdığı üçün klubla müqaviləni ləğv etməyi uyğun sayıb.
Qeyd edək ki, Perişiç bu mövsüm Xorvatiya təmsilçisinin heyətində cəmi 4 oyun keçirib.