Azərbaycanlı müdafiəçi Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” Polşa çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası ağır məğlubiyyət acısı yaşayıb.
Radom təmsilçisi 5-ci turda qonağı olduğu “Legiya”ya 1:4 hesabı ilə uduzub. Start heyətdə meydana çıxan Rahil 90 dəqiqə mübarizə aparıb.
“Radomyak” keçirdiyi 4 oyunun 3-də məğlub olub və hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 15-ci pillədədir.