"Mançester Yunayted"in yarımmüdafiəçisi Skott Maktominey iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.
Xəbərə görə, 27 yaşlı oyunçu üçün "qırmızı şeytanlar"a göndərdiyi ilk iki təklif rədd edilən "Fulhem" bu keçidi reallaşdırmaqda israrlıdır. Mənbə tərəflərin növbəti dəfə danışıqlara başladığını vurğulayıb.
Xatırladaq ki, Maktominey MY-nin öz yetirməsidir. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm 43 qarşılaşmaya çıxan şotland oyunçu 10 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Nihat