Hücumçu Həmid Ağalarov "Axmat"dan ayrılır.
Fanat.Az xəbər verir ki, bu barədə rusiyalı insayder İvan Karpov sosial şəbəkə hesabında məlumat yayıb.
Xəbərə görə, futbolçu Mahaçqalaya gedir. Ağalarov "Dinamo" ilə 3 illik müqavilə imzalayacaq. Həmid artıq Mahaçqaladadır və hazırda tibbi müayinədən keçir. Transfer tezliklə rəsmən açıqlanacaq.
Mahaçqala "Dinamo"su Rusiya Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir. Komanda dörd görüşdə 2 xal toplayıb.
Mirağa