"Kayrat"ın rusiyalı baş məşqçisi Aleksandr Kerjakov iyul ayı üçün Qazaxıstan Premyer Liqasının (QPL) ən yaxşısı elan olunub.
Fanat.Az xəbər verir ki, bu barədə "Srochnosport" məlumat yayıb.
Səsvermədə bütün QPL klublarının məşqçiləri iştirak edib.
“Kayrat” ötən ay “Jenis”lə heç-heçə edib (1:1), “Şaxtyor”u 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Kerjakovun rəhbərlik etdiyi komanda çempionata başçılıq edir. "Sarı-qaralar" ikinci pillədəki "Aktobe"ni 1 xal qabaqlayır.
Aleksandr Kerjakov 2024-cü il mayınından "Kayrat"ı çalışdırır.
Mirağa