İngiltərənin Premyer Liqasının 1-ci turun çərçivəsində dünən baş tutan "Lester" - "Tottenhem" matçında qonaqların futbolçusu Rodriqo Bentankur ciddi xəsarət alıb.
Fanat.Az xəbər verir ki, matçın 71-ci dəqiqəsində rəqib oyunçu Abdul Fatavu ilə toqquşan yarımmüdafiəçi huşunu itirib.
Hotspur təmsilçisinin oyunçusu tibbi yardım aldıqdan sonra özünə gəlsə də, meydanı xərəkdə tərk edib.