"Mançester Yunayted"in və Uruqvay millisinin yarımmüdafiəçisi Fakundo Pelyistri karyerasını Yunanıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu "Panatinaikos"la anlaşıb. Onunla müqavilə tam razılaşdırılıb və tezliklə rəsmən elan olunacaq.
"Panatinaikos" Pelyistrinin transferi üçün ingilislərə 6 milyon avro ödəyəcək. Futbolçu uzunmüddətli müqavilə imzalanacaq. Razılaşmaya görə, “Mançester Yunayted” futbolçunun sonrakı satış məbləğinin müəyyən faizini əldə edə biləcək.
Mirağa