"Bayern Münhen"in müdafiəçisi Yosip Stanişiç uzun müddət komandasına kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Münhen klubunun mətbuat xidməti yayıb.
Xəbərə görə, Xorvatiya millisinin 24 yaşlı üzvü bazar ertəsi məşqdə sağ dizindən ciddi xəsarət alıb. Onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, Stanişiç ötən mövsüm icarə əsasında formasını geyindiyi "Bayer Leverkuzen"lə ölkə çempionu olub və Almaniya Kubokunu qazanıb. "Əczaçılar"ın heyətində 40 matça çıxan Yosip 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat