İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu cəlb edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Neapol təmsilçisi Portuqaliyanın "Benfika" komandasının futbolçusu David Neresi heyətinə qatacaq. Mənbə tərəflərin 27 yaşlı vingerin keçidi lə bağlı razılığa gəldiyini vurğulayıb.
İtalyanlar braziliyalı oyunçu üçün 28 milyon avro ödəyəcək. "Napoli"nin onun transferini bu gün rəsmən açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Neres 2022-ci ildən "Benfika"nın formasını geyinir. Futbolçu 2023/2024 mövsümündə 35 matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.