"Valensiya"nın futbolçusu Rafa Mir bazar ertəsi polis tərəfindən saxlanılıb.
Fanat.Az "Relevo"ya istinadən məlumatına görə, o, cinsi təcavüzdə şübhəli bilinir.
27 yaşlı oyunçu iki qadının şikayəti əsasında hazırda polis bölməsindədir və hadisə ilə bağlı ifadə verəcək.
Qeyd edək ki, müqavilə ilə "Sevilya" məxsus olan, icarə əsasında "Valensiya"da çıxış edən Mir cari mövsüm iki matçda meydana çıxıb.